• picture
  • picture
  • picture
  • picture
  • picture
  • picture





Bizim məqsədimiz lokal xarakterli şifahi/yazılı tərcümə sahəsində bütün sifarişçilərimizi qane edəcək üstün və peşəkar xidmətləri təmin etməkdir. Biz bilirik ki, dünya bazarında ünsiyyət saxlamaq və biznes qurmaq üçün müxtəlif dillərin tərcüməsi mühüm əhəmiyyət kəsb edir. Biz həmçinin hesab edirik ki, bu bazarda qlobal müstəvidə genişlənərək beynəlxalq imkanların üstünlüklərindən istifadə edə bilməniz üçün Sizə və çalışdığınız şirkətə kömək göstərəcək vasitəçi olmaq bizim vəzifəmizdir.

Biz nəzərlərimizi gələcəyə yönəldərək istəyirik ki, bütün sifarişçilərimizə fərdi qaydada yanaşmaqla göstərdiyimiz şifahi/yazılı tərcümə xidmətlərini daha da təkmilləşdirək. Bizim şirkətimizdə müştəri xidmətləri göstərən xüsusi işçi heyəti fəaliyyət göstərir və onlar sizin təqdim etdiyiniz sənədlərin tərcümə olunmasına əvvəldən axıra qədər daim nəzarət edirlər. Biz şifahi/yazılı tərcümə sahəsində lider olmağa can atırıq.

Beynəlxalq layihələr üçün tərcüməçi və ya vasitəçi seçərkən daha üstün texniki bacarıqlar nümayiş etdirəcək və problemlərə yaradıcı mövqedən yanaşacaq bir şirkət ilə əməkdaşlıq etmək önəmlidir.  

Bizim ilə tərəfdaşlıq:

  • peşəkar və fərdi müştəri xidmətləri; 
  • problemləriniz ilə bağlı yaradıcı və qabaqcıl həll variantlarının müəyyənləşdirilməsi; və
  • şifahi/yazılı tərcümə sahəsində unikal keyfiyyət standartının təmin olunması deməkdir.

Rasim A. Cəfərov

Direktor, “KomTexSoluşns Transleyşn” MMC (“CTS Translation”)