• picture
  • picture
  • picture
  • picture
  • picture
  • picture





Notarial qaydada təsdiq olunan tərcümələr

Notarial qaydada təsdiq olunan tərcümə dedikdə, rəsmi məqsədlər üçün təsdiq olunmuş tərcümə nəzərdə tutulur. Notarial qaydada təsdiq olunan tərcümə sənədlərinə mühacirət və ya vətəndaşlığa qəbul məsələləri ilə məşğul olan idarələrə təqdim olunacaq sənədlər (məs.: doğum, nikah və boşanma haqqında şəhadətnamələr), rəsmi nüsxələr (məs.: orta məktəb şəhadətnamələri, universitet diplomları və peşə məktəbindən verilən diplomlar), normativ sənədlər (məs.: razılıq məktubları, protokollar, tədqiqat məlumatları və məhkəmə hesabatları), patentlər və s. daxildir.

Biznes tərcümələri

Biznes tərcüməsi dedikdə, işgüzar fəaliyyət zamanı aparılan yazışmalar və beynəlxalq marketinq kampaniyaları nəzərdə tutulur. Reklam kampaniyası, təqdimat mərasimi, yeni broşürün nəşri və ya fəaliyyətinizin xarici ölkələrdə genişlənməsinə yardım göstərilməsi – biz bütün bu kimi işlərdə Sizi mütəxəssis köməyi ilə təmin edə bilərik. Bizim tərəfdən göstərilən biznes tərcüməsi üzrə xidmətlər sayəsində sizi istənilən xarici ölkədə düzgün başa düşəcəklər.

Texniki tərcümə

Bir çox texniki mətn və tərcümələrin əsas məqsədi faktiki məlumatı oxucunun/dinləyicinin diqqətinə çatdırmaqdır. Lakin bəzən texniki terminologiyalar ilə rastlaşdıqda ciddi problemlər yaranır. Hər bir sənaye sahəsində həmin  sənaye sekktoru üçün səciyyəvi olan konkret terminlərdən istifadə edilir ki, bunu da xarici dildə olduğu kimi çatdırmaq lazımdır. Texnologiyanın durmadan inkişaf etdiyini nəzərə alsaq, texniki tərcüməçilərin novasiyalar ilə ayaqlaşması tələb olunur. Biz çalışırıq ki, bizim texniki tərcüməçilər məhz bu cür davransınlar və öz sahələrinə aid müasir texniki terminlərdən xəbərdar olsunlar.

Şifahi tərcümə 

Əgər dil ilə bağlı məhdudiyyət və ya baryerlər olarsa, keçirmək istədiyiniz rəsmi və ya qeyri-rəsmi, yerli və ya xarici görüş çətin ki, uğurlu olsun.

Biz bu cür görüşlərə şərait yaradılmasında təcrübə toplaya bilmişik və həssas, dəqiq və diplomatik şifahi tərcümə xidmətlərini təmin edirik.

Biz yalnız səriştəli və təlim keçmiş tərcüməçilər ilə çalışırıq. Bu tərcüməçilər operativ düşüncəyə və cavab reaksiyasına malik olmalıdırlar ki, natiqin səsləndirdiyi fikirləri ifadəli şəkildə, vurğu və dəqiqliklə çatdıra bilsinlər.

Redaktə və təshih (korrektura)

Bu gün biznes dünyasında savadlı yazı qabiliyyəti mühüm əhəmiyyət kəsb edir. Əgər yazmaq qabiliyyətiniz yoxdursa, xidmətlərinizi sata da bilməyəcəksiniz.

Savadlı yazı qabiliyyəti fikri düzgün çatdırmaq, istədiyiniz xidmətləri lazımı qaydada təqdim etmək bacarığınızı da möhkəmləndirəcək.

Biz aşağıdakı dillərdən/dillərə şifahi və yazılı tərcümə xidmətlərini təmin edə bilərik:

Azərbaycan, ingilis, rus, bolqar, polyak, gürcü, alman, ispan, fransız, ərəb, fars, çin, yapon, qazax, özbək, qırğız,