• picture
  • picture
  • picture
  • picture
  • picture
  • picture





Tərcümə sahəsində peşəkar biliklər

Biz müxtəlif sənaye sahələri ilə əməkdaşlıq sayəsində geniş təcrübə qazana bilmişik. Mütəxəssislərimiz tərəfindən tərcümə edilən sənədlərə misal olaraq aşağıdakıları göstərmək olar:

Neft və Qaz: Geoloji Və Geofiziki Hesabatlar, Texniki spesifikasiyalar və texniki çertyojlar;

Mühəndis-texniki:  Texniki şərtlər və digər texniki sənədlər;

Hüquq: Müqavilələr, tender sənədləri, təkliflər, korporativ sənədlər, hasilatın pay bölgüsü haqqında sazişlər, rəsmi        və notarial qaydada təsdiq olunmuş tərcümələr;

Marketinq: Satış və reklam materialları, “PowerPoint” proqramında təqdimatların hazırlanması;

Texniki:  Texniki, prosedur materialları, istismar, texniki təhlükəsizlik və peşəyönümlü təlimlərə dair kitabçalar, materialların texniki təhlükəsizliyi üzrə pasportlar;

Tibbi: Nəşrlər, elmi-tədqiqat sənədləri;

Maliyyə: İllik hesabatlar, hesab-fakturalar və alqı-satqı sifarişləri;

Digər: Vizit kartları, məktublar, doğum və ölüm haqqında şəhadətnamələr, mühacirət sənədləri.

“CTS Translation” daim öz müştərilərini tərcümə işləri ilə bağlı zəruri resurslarla təmin edir.

Biz Sizi doğma ana dilinə keyfiyyətli tərcümə etməyə qadir olan tərcüməçilər ilə təmin edirik. 

 ŞİFAHİ TƏRCÜMƏ VƏ AUDİO-VİDEO XİDMƏTLƏR

“CTS Translation” şirkəti əcnəbi həmkarları ilə danışıqlar aparan müştərilərini şifahi tərcümə xidmətləri ilə təmin edir. Biz Sizə aşağıda göstərilən xidmətlər də daxil olmaqla, sosial, hüquqi və biznes məsələləri ətrafında keçirilən görüşlər zamanı şifahi (ardıcıl və ya sinxron) tərcümə peşəkarlarını təmin edə bilərik:

  • Danışıqlar
  • Konfranslar
  • Mühazirələr
  • Texniki iclaslar
  • Təlimlər
  • Ekskursiyalar
  • Ezamiyyətlər
  • İctimai tədbirlər

 

“CTS Translation” şirkəti həmçinin ssenarilərin və video-materialların tərcüməsini, həmçinin təqdim olunmuş video-materialın peşəkarlar tərəfindən səsləndirilməsini (dublyaj) təmin edir.