• picture
  • picture
  • picture
  • picture
  • picture
  • picture





  Keyfiyyətli və səriştəli ünsiyyət müasir beynəlxalq biznes strategiyasının ən mühüm elementidir. Keyfiyyətli tərcümə isə xarici dil ilə bağlı problemlərin öhdəsindən uğurla gəlmənizi təmin edir.

    Tərcümə, ələlxüsus da texniki tərcümə, yüksək peşəkarlıq tələb edən xüsusi xidmət sahəsidir. Biznes sahəsində ümumi ünsiyyət tələblərinin ayrılmaz tərkib hissəsi olan texniki tərcümə biznesinizin uğuru üçün mühüm əhəmiyyət kəsb edir.

    "CTS Translation" şirkəti təcrübəli tərcüməçi və redaktor heyətinə malik olan yerli müəssisədir. Şirkətimiz bütün dünya üzrə azad tərcüməçilər (“freelancers”) və dil daşıyıcıları (“native speakers”) ilə əməkdaşlıq edir. Belə ki, biz İngiltərə, Almaniya, Fransa, İtaliya, İspaniya, Suriya, BƏƏ, Çin və s. ölkələri təmsil edən dil daşıyıcıları ilə çiyin-çiyinə çalışırıq.

    Məqsədimiz vətənimizdə keyfiyyətli tərcümə xidmətlərini təmin etməklə yanaşı, gənc və yeni kadrlar hazırlamaqdır.